“Qətər-2022”: Polşa millisinin yekun heyəti bəlli olub
Futbol üzrə Polşa millisinin bu ay Qətərdə start götürəcək dünya çempionatı üçün yekun heyəti bəlli olub.

Baş məşqçi Çeslav Mixneviç 26 oyunçuya dəvət göndərib.

Heyətdə qapıçılar - Voytsex Şesnı ("Yuventus", İtaliya), Lukaş Skorupski ("Bolonya", İtaliya), Bartlomey Dronqovski ("Spetsiya", İtaliya), müdafiəçilər - Kamil Qlik ("Benevento", İtaliya), Bartoş Bereşinski ("Sampdoriya", İtaliya), Yan Bednarek, Metti Keş (hər ikisi "Aston Villa", İngiltərə), Robert Qumni ("Auqsburq", Almaniya), Artur Yendjeyçik ("Legiya"), Yakub Kivyor ("Spetsiya", İtaliya), Mateuş Veteska ("Klermon", Fransa), Nikola Zalevski ("Roma", İtaliya), yarımmüdafiəçilər - Qjeqoj Krıxovyak ("Əl-Şabab", Səudiyyə Ərəbistanı), Kristian Belik ("Birmingem", İngiltərə), Damian Şimanski (AEK, Yunanıstan), Pyotr Zelinski ("Napoli", İtaliya), Sebastian Şimanski ("Feyenoord", Niderland), Şimon Jurkovski ("Fiorentina", İtaliya), Yakub Kaminski ("Volfsburq", Almaniya), Pşemıslav Frankovski ("Lans", Fransa), Kamil Qrositski ("Poqon"), Mixal Skuras ("Lex"), hücumçular - Robert Levandovski ("Barselona", İspaniya), Arkadiuş Milik ("Yuventus", İtaliya), Kşiştof Pyontek ("Salernitana", İtaliya) və Karol Sviderski ("Şarlott", ABŞ) yer alıblar.

Qeyd edək ki, Polşa millisi Argentina, Səudiyyə Ərəbistanı və Meksika ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Xəbər 321 dəfə oxundu.