“Rubin” klubunun futbolçuları paltardəyişmə otağında qalıb
Avropa Liqasında “Neftçi”nin rəqibi olan Rusiyanın “Rubin” klubunun futbolçuları paltardəyişmə otağında qalıb. Ölkə kubokunun “Yenisey”lə oyununda 1:2 hesabı ilə uduzan Kazan təmsilçisinin üzvləri soyunub-geyinmə otağından çıxmağa utanırmış. Onlar qarşılaşmadan sonra təxminən 1 saat orada qalmalı olub.

Komandanın futbolçusu Vladimir Dyadyun da bunu təsdiqləyib. Lakin o, bunun səbəbini açıqlamayıb: “Bu, bizim şəxsi işimizdir”.

Xəbər 800 dəfə oxundu.