“Qəbələ”nin məşqçilər korpusuna daha bir mütəxəssis qoşulub
“Qəbələ”nin məşqçilər korpusuna daha bir mütəxəssis qoşulub. Ramiz Məmmədov Badri Kvaratsxeliyanı yanına aparıb.
47 yaşlı gürcü məşqçi Ramiz Məmmədovun köməkçisi olacaq. O, artıq komandanın məşqlərində iştirak edir. Kvaratsxeliya ilə mövsümün sonunadək müqavilə imzalanıb. Onunla yanaşı, “Qəbələ”nin məşqçilər korpusunda Mehman Baxışov, Sənan Qurbanov və Vüqar Məmmədov yer alacaq.
Qeyd edək ki, Kvaratsxeliya ölkəmizdə “Kəpəz” və “Şəmkir”də çıxış edib, çempionatımızın bombardiri olub. O, “Standard”ın baş məşqçi vəzifəsini də tutub.

Xəbər 857 dəfə oxundu.