Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olub | |
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda “Gent” (Belçika) ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək. UEFA Konfrans Liqası, pley-off mərhələsi “Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika) “Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə) “Latsio” (İtaliya) - “CFR Kluj” (Rumıniya) “Budo Qlimt” (Norveç) - “Lex” (Polşa) “Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya) AEK (Larnaka, Kipr) - “Dnepr-1” (Ukrayna) “Şerif” (Moldova) - “Partizan” (Serbiya) “Ludoqorets” (Bolqarıstan) - “Anderlext” (Belçika) |
|
Xəbər 222 dəfə oxundu. |
|
|