Topaz Premyer Liqasında VII turda hakim təyinatları açıqlanıb
Topaz Premyer Liqasında VII turda hakim təyinatları açıqlanıb. Turun mərkəzi “Simurq” – “Qarabağ” matçını gənc hakim Əliyar Ağayev idarə edəcək.

FİFA hakimlərimizdən Fariz Yusifov “Qəbələ” – AZAL matçına təyinat alıb. Digər FİFA referiləri Vüsal Əliyevlə Anar Salmanov isə bu dəfə iş başında olmayacaqlar.

29 sentyabr

16:00. “Turan” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Tovuz. Şəhər stadionu

16:00. “Qəbələ” – AZAL
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elşən Acalov, Orxan Məmmədov
Qəbələ. Şəhər stadionu

18:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, İnqilab Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

30 sentyabr

16:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İlham Əliyev, Elçin Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

20:00. “Rəvan” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Azər Əsgərov, Ramil Əhmədov
Bakı. “Bayıl-Arena” stadionu

pfl.az

Xəbər 1048 dəfə oxundu.