“Real” yoldaşlıq oyunu keçirib
“Real” yoldaşlıq oyunu keçirib. “Kral Klubu” Kolumbiyanın “Millionarios” klubu ilə qarşılaşıb.
“Santyaqo Bernabeu” stadionunda baş tutan oyunda “Real” 8:0 hesablı qələbə qazanıb. Joze Mourinyonun rəsmi oyunlarda şans vermədiyi Kaka komandasının 3 qoluna imza atıb. Joze Kallejon və Alvaro Moratanın dubl etdiyi oyunda Kərim Benzema bir dəfə fərqlənib.

Xəbər 1231 dəfə oxundu.