Anuşka Bernhard: “Çinlə heç-heçədən çox razıyıq”
“Çinlə heç-heçədən çox razıyıq. Matçın 2-ci hissəsində çox güc sərf etdik”. Bu sözləri 17 yaşadək qızlardan ibarət Almaniya milli komandasının baş məşqçisi Anuşka Bernhard deyib.

O, Azərbaycanda keçirilən dünya çempionatının Çin yığması ilə oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Bərabərlik qolunun axtarışları nəhayət ki, bəhrəsini verdi. Qarşılaşmanın sonlarında qolla mükafatlandıq. Çin yığması gözlədiyimiz kimi çox güclü rəqib idi. Onlar bizə qarşı da əla oynadılar”.

Xəbər 916 dəfə oxundu.