“İnter” Bakıya səfər öncəsi ciddi problemlə üzləşib
Avroliqanın qrup mərhələsində “Neftçi”nin rəqibi olan “İnter” Bakıya səfər öncəsi ciddi problemlə üzləşib. Milan təmsilçisinin liderlərindən olan hollandiyalı yarımmüdafiəçi Uesli Sneyder A seriyasının hesabat turunda “Kyevo”ya səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.

O, bu səbəbdən artıq 26-cı dəqiqədə əvəzlənib. Sneyderin oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacağı sual altındadır.

Qeyd edək ki, Uesli 3 ildir çıxış etdiyi “İnter”də vitse-kapitandır.

Xəbər 1037 dəfə oxundu.