“Neftçi”nin rəqibi qalib gəldi
İtaliya çempionatının “A” seriyasında növbəti turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “İnter” 5-ci turda “Kyevo”nun qonağı olub.

Milan təmsilçisi bu dəfə də ənənəsinə qalib gələrək səfərdən 3 xalla ayrılıb. Hər hissədə 1 qol vuraraq 2:0 hesabına sevinən “İnter”in qollarını 43-cü dəqiqədə Pereyra, 74-cü dəqiqədə Kassano vurublar. Bununla da evdəki hər 2 oyununda uduzan milanlılar 3-cü dəfə qələbəsini əldə edib.

Bir sözlə “İnter”in meydanda olduğu qarşılaşmaların hamısında qonaqlar qalib gəlir. Hazırda hesabında 9 xal olan “İnter” a seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbər 914 dəfə oxundu.