Moskvada Azərbaycanla matçın bileti neçəyə olacaq?
Rusiya yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya və Azərbaycan yığmaları ilə qarşıdakı ev oyunlarına bilet paketinin qiyməti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, oktyabrın 12-də və 16-da Moskvada keçiriləcək bu matçlar üçün qapılar arxasında biletlərin qiymətinin cəmi 300 rubl olduğu bilinib. Ümumrusiya Azarkeşlər Birliyinin rəhbəri Aleksandr Şprıgin bununla sentyabrın 7-də Şimali İrlandiya ilə oyunla müqayisədə həmin oyunlara daha çox azarkeşlər gələcəyini bildirib:

“İsrail üzərində qələbəmizdən azarkeşlərin yığmaya münasibəti yaxşılığa doğru dəyişir. Bu haqda ilk növbədə regionlardan gələn sifarişlər deməyə əsas verir. Üstəlik, Rusiya Futbol İttifaqı çox ağıllı adekvat qiymət siyasəti həyata keçirir. Belə ki, qapılar arxasında biletlərin paketi 300 rubl olacaq. Mənim yadıma gəlmir ki, yığmaya biletlər belə ucuz olsun. Portuqaliya ilə matç seçmə mərhələdə əsas olacaq. Mən söz verə bilmərəm ki, bütün stadionda anşlaq olacaq. Ancaq qapılar arxasında tribunalar dəqiq dolacaq”.

Qeyd edək ki, şimallılar Portuqaliyanı “Lujniki”, millimizi “Lokomotiv” stadionunda qəbul edəcək.

Xəbər 1007 dəfə oxundu.