Ramiz Məmmədovun köməkçiləri müəyyənləşib
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovun köməkçiləri müəyyənləşib. Iki illik fasilədən sonra bölgə klubuna dönən Məmmədova yerli məşqçilər kömək edəcək.
Baş məşqçi Fatih Kavlakın dövründə məşqçilər korpusunda çalışan Vüqar Məmmədov və Sənan Qurbanovu komandada saxlayıb. İbrahim Bakırla vidalaşan Məmmədov çoxdan tanıdığı və birgə işlədiyi Mehman Baxışovu da yanına aparıb.

Xəbər 1188 dəfə oxundu.