Daha bir türk mütəxəssis “Qəbələ”dən gedib
Fatih Kavlakın istefasından sonra daha bir türk mütəxəssis “Qəbələ”dən gedib. İbrahim Bakırın komandadakı fəaliyyətinə son qoyulub.
Məşqçilər korpusuna daxil olan türk mütəxəssis Fatih Kavlakın köməkçisi idi. Lakin yeni baş məşqçi Ramiz Məmmədov Bakırın xidmətində maraqlı olmayıb.
Qeyd edək ki, İbrahim Bakır bu ilin yanvarından “Qəbələ”də çalışırdı. Məşqçilik karyerasının önəmli hissəsində Ertoğrul Sağlamın məşqçilər korpusunda yer alan Bakır “Samsunspor”, uğurlu “Kayserispor”, “Beşiktaş” və “Bursaspor”da işləyib. O, “Bursaspor”la Türkiyə çempionluğunu, “Beşiktaş”la Super Liqanın bürünc medalını qazanıb.

Xəbər 850 dəfə oxundu.