Qambiya millisi mundiallar tarixinin antirekordunu təkrarlayıb
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında iştirak edən Qambiya millisi mundiallar tarixinin antirekordunu təkrarlayıb. Afrika təmsilçisi qrup mərhələsində 17 qol buraxan 2-ci komanda olub.

2 il əvvəl Trinidad və Tobaqoda digər “Qara qitə” təmsilçisi CAR mundialı 17 buraxılan qolla tərk etmişdi. Lakin cənublular 17 qolu 3 matçda buraxmışdı. KXDR-dan 11, ABŞ-dan 6 top “alan” qambiyalıların isə qarşıda hələ 1 sınağı da var. Fransalıların antirekordun yenilənməsi üçün əlindən gələni edəcəyi isə şübhə doğurmur.

Qeyd edək ki, 2 oyunda 15 cavabsız qol buraxan yığmamız da CAR-ın göstəricisini arxada qoya bilər.

Xəbər 813 dəfə oxundu.