Andrea Stramaççoni: “Biz daha uduzmaq istəmirik”
“Mövsümün startı bizim üçün ziddiyyətli oldu. Biz komanda şəklində özümüzə siqnal verməliyik”. Bu fikirləri “Neftçi”nin Avroliqada növbəti rəqibi olan İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni deyib. Onun sözlərinə görə, İtaliya A seriyasının V turunda “Kyevo” ilə oyun qitə miqyaslı turnirdə öncəsi yaxşı bir sınaq olacaq: “Sözsüz ki, bu, həlledici oyun olacaq. Əgər biz ilk növbədə özümü siqnal vermək istəyiriksə ki, oyunumuzu yaxşılaşdırırıq və daha sabit oynayırıq. Sehrli çubuğu bir yelləməklə tərəqqiyə nail olmaq olmaz. Bu vəzifəni yerinə yetirməyi öz əlimizə götürməliyik. .

Qeyd edək ki, “İnter” Avroliqanın qrup mərhələsinin II turunda oktyabrın 4-də “Neftçi”nin qonağı olacaq.

Xəbər 857 dəfə oxundu.