Antuan Kombuare: Qrupda ikinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik
Qrupda ikinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik.

Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, heyətdə bütün zədəli futbolçular sıraya qayıdıblar. “Nitsa”ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 221 dəfə oxundu.