Cavid İmamverdiyev “Sumqayıt” matçını buraxmalı oldu
“Partizan”la oyunda zədə alan Cavid İmamverdiyev “Sumqayıt” matçını buraxmalı oldu. Gənc futbolçu çempionat oyununda oynamasa da, durumu yaxşıdı.
Belə ki, Cavid hazırda komandanın məşqlərinə qatılır. O, Premyer Liqanın VII turunda Bakı “İnter”inə və Avropa Liqasının II turunda Milan “İnter”inə qarşı oynaya biləcək.

Xəbər 1284 dəfə oxundu.