Milli Məclisin deputatı “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılış mərasimində iştirak edəcək
Milli Məclisin deputatı Könül Nurullayeva “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılış mərasimində iştirak etmək üçün oktyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə səfər edəcək.

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Qadın və idman komitəsinin rəhbəri və İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva ilk dəfə keçiriləcək “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılışına və oyunlar zamanı bir sıra silsilə tədbirlərə qatılacaq.

Səfər noyabrın 1-də başa çatacaq.

Xəbər 241 dəfə oxundu.