Şahmatçımız Vüqar Rəsulov “Skopje” açıq turnirində uğurlu çıxışını davam etdirir | |
Şimali Makedoniyada keçirilən “Skopje” açıq turnirində Azərbaycan şahmatçısı Vüqar Rəsulov uğurlu çıxışını davam etdirir. Təmsilçimiz altıncı turda Anton Demçenko (Rusiya) ilə heç-heçə edib. Beləliklə, turnir cədvəlində 5,5 xal toplayan Vüqar Rəsulov Luka Draskoviç (Monteneqro) ilə ilk iki pilləni bölüşür. İsveçrə sistemi üzrə təşkil edilən turnir 9 turdan ibarətdir. |
|
Xəbər 247 dəfə oxundu. |
|
|