Quti butslarını asdı
Madrid «Real»ının və İspaniya yığmasının keçmiş yarımmüdafiəçisi, son olaraq Türkiyədə «Beşikdaş»ın formasını geyinmiş Xose Mariya Qutyerres Ernandes və yaxud sadəcə Quti peşəkar karyerasını başa vurduğunu bildirib:

«Mən qərar verdim. Bir sıra klublardan təkliflər var idi. Lakin mən dayanmağa qərar verdim. İndi ailəmlə daha çox vaxt keçirə bilərəm. Gələcəkdə idman direktoru və məşqçi olmağı planlaşdırıram. Bu yolla öz təcrübəmi gənclərə çatdıracağam. «Real»ın akademiyasında vəzifə tutmaq istərdim. Bu mənim arzumdu».

İdman.com.az saytının məlumatına görə, 35 yaşlı Quti, demək olar ki, tam karyerası boyunca «Real»da oynayıb. «Kral klubu»nun yetirməsi 1994-cü ildən «Real»dadı və 1996-2010-cu illər arasında tam 15 il əsas komandada yer alıb. Klubda 387 oyuna 46 qol vurub. 2008-ci ilin 14 sentyabrında «Real»ın İspaniya çempionatlarında 5000-ci qolunu da məhz Quti vurub. 2010-cu ildə «Beşiktaş»a keçib və burada bir ilini keçirib.

Xəbər 1782 dəfə oxundu.