Azərbaycan növbəti dəfə cüdo üzrə “Böyük dəbilqə” turnirinə ev sahibliyi edəcək | |
Beynəlxalq Cüdo Federasiyasının rəsmi təqviminə əsasən Azərbaycan növbəti dəfə cüdo üzrə “Böyük dəbilqə” turnirinə ev sahibliyi edəcək. Yarış noyabrın 4-6-da Bakıda Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. İlkin görüşlər hər gün yerli vaxtla saat 10:00-da, final görüşləri isə saat 17:00-da baş tutacaq. Qeyd edək ki, arenaya giriş sərbəstdir və yarış keçirilən zaman metronun “Nizami” stansiyasından azarkeşlər üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. |
|
Xəbər 468 dəfə oxundu. |
|
|