"Teryer" komandasını yenə bir yerə yığır | |
Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts komandasına oktyabrın 5-dən 13-dək Bakıda təlim keçəcək. Bu toplanış DÇ-2014-ün seçmə mərhələsində baş tutacaq Rusiya ilə oyuna hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Rusiya - Azərbaycan oyunu Moskvadakı "Lujniki" stadionunda baş tutacaq. |
|
Xəbər 874 dəfə oxundu. |
|
|