“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov turniri ikinci pillədə başa vurub | |
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib. 37 yaşlı qrosmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib. Məmmədyarov ikinci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:1. Nəticədə Azərbaycan təmsilçisi turniri ikinci pillədə başa vurub. Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən keçirilib və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub. |
|
Xəbər 224 dəfə oxundu. |
|
|