Zəngilan rayonunun işğaldan azad edilməsinə həsr olunmuş şahmat turniri keçirilib | |
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Binəqədi Gənclər Evində ASAN könüllüləri arasında Zəngilan rayonunun işğaldan azad edilməsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnirin nəticələrinə görə 7 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri birinci, 6 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri ikinci, 2 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri isə üçüncü yerə layiq görülüb. Qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar. |
|
Xəbər 234 dəfə oxundu. |
|
|