Futbolla erkən vidalaşan Ronaldonun çəkisi müəyyənləşib
Kökəlməsi üzündən futbolla erkən vidalaşan Ronaldonun çəkisi müəyyənləşib. Əfsanəvi futbolçunun hazırda 118 kq olduğu müəyyənləşib.
36 yaşlı futbolçu bu səbəbdən artıq nərdivan çıxanda belə tənginəfəs olur. Artıq çəkidən əziyyət çəkən Ronaldo bu səbəbdən “Globo” televiziyası ilə müqavilə bağlayaraq, orda keçirilən realiti şouda iştirak edəcək. Ronaldo məhz bu yolla arıqlamaq istəyir.
“Həyat səviyyəm sıfıra endi, vücudumda tez-tez ağrılar hiss edirəm, hər hansı bir hərəkəti edə bilmirəm. Həkimlərdən xihiş etdim ki, məni bu xəstəlikdən qurtarsınlar”, deyə Ronaldo bildirib

Xəbər 998 dəfə oxundu.