Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Aimchess Rapid” turnirinin yarımfinal mərhələsinə adlayıb | |
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin yarımfinal mərhələsinə yüksəlib. Qrosmeyster dörddəbir final mərhələsində Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Ş.Məmmədyarov yarımfinala adlayıb. O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq. Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq. |
|
Xəbər 211 dəfə oxundu. |
|
|