Con Kollins özünə yeni komanda tapıb
“Qəbələ” klubunun sabiq futbolçusu Con Kollins özünə yeni komanda tapıb. 26 yaşlı hücumçu karyerasını İngiltərədə davam etdirəcək. Kollins aşağı dəstə təmsilçisi “Barnet”ə keçib. Baş məşqçi Mark Robsonun yetirmələri gücünə görə 4-cü olan II Liqada çıxış edir.

Qeyd edək ki, Kollins 2010/11 mövsümündə Premyer Liqada “Qəbələ”nin heyətində 2 oyun keçirib.

Xəbər 848 dəfə oxundu.