Qran-Pri turniri: Şahmatçımız məğlubiyyətsiz irəliləyir | |
Rumıniyada şahmat üzrə Qran-Pri turniri davam edir. Turnirin üçüncü turunda şahmatçılarımızdan Ülvi Sadıqov rumıniyalı Mihaela Sandunu məğlub edib, Misrətdin İsgəndərov isə litvalı Titas Stremavicius ilə heç-heçə edib. Ötən üç turun nəticəsinə görə, məğlubiyyətsiz irəliləyən M.İsgəndərov 2,5 xalla turnir cədvəlinin 4-cü, Ü.Sadıqov isə 2 xalla 9-cu pillələrində qərarlaşıblar. Bu gün təmsilçilərimiz yarışın dördüncü turunda mübarizə aparacaqlar. Qeyd edək ki, doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək. |
|
Xəbər 263 dəfə oxundu. |
|
|