Bakıdan başlanan yolun yeni startı
Şəhriyar Məmmədyarov liderlər qrupundadır

Tarixini 4 il öncə Bakıdan başlayan FİDE qran-prisi yeni mövsümünə start verib. Bu mövsümün ilk yarışı hazırda olimpiya həyəcanını yenicə başa vurmuş Londonda keçirilir. İlk mərhələdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir. Şəhriyar həmçinin Daşkənd (21 noyabr – 5 dekabr 2012-ci il), Lissabon (17 aprel – 1 maй 2013-cü il) və Berlin (3 iyul – 17 iyul 2013-cü il) mərhələlərinə qatılacaq. Digər təmsilçilərimizdən Vüqar Həşimov Daşkənd, Lissabon, Madrid (22 may – 4 iyun 2013-cü il) və Berlində, Teymur Rəcəbov Lissabon, Madrid, Berlin və Parisdə yarışacaqlar.

Endrü Polsonun rəhbərlik etdiyi “Aqon” şirkətinin keçirdiyi yeni çempionat silsiləsinə daxil olan FİDE qran-prisinin yeni seriyasının birinci mərhələsində Şəhriyarla (2729 reytinq xalı) yanaşı, Hikaru Nakamura (ABŞ, 2783), Vasili İvançuk (Ukrayna, 2769), Aleksandr Qrişşuk (Rusiya, 2754), Veselin Topalov (Bolqarıstan, 2752), Van Xao (Çin, 2742), Boris Gelfand (İsrail, 2738), Peter Leko (Macarıstan, 2737), Aniş Giri (Niderland, 2730), Lenye Dominges (Kuba, 2725), Maykl Adams (İngiltərə, 2722) və Rüstəm Qasımcanov (Özbəkistan, 2684) da mübarizə aparırlar.
Start turunda Məmmədyarov ukraynalı Vasili İvançukla ta 110-cu gedişədək mübarizə aparıb. Keyfiyyət və vaxt üstünlüyü olan ukraynalı şahmatçı sonda heç-heçə ilə barışmalı olub. Şəhriyar 2-ci turda ingiltərəli Maykl Adamsla da sülh bağlayıb. 3-cü turda niderlandlı Aniş Giri ilə qarşılaşan şamatçımız qələbə qazanıb.

3 turdan sonra Şəhriyar Məmmədyarov, Boris Gelfand və Peter Leko hərəyə 2 xalla turnir cədvəlinə başçılıq edirlər. Veselin Topalov, Lenye Dominges, Hao Vanq, Nikaru Nakamura, Maykl Adams və Aleksandr Qrişşuk hərəyə 1,5 xalа маликдирляр. Aniş Giri, Rüstəm Qasımcanov və Vasili İvançukун hərəyə 1 xalı вар.
London mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.

Xəbər 1149 dəfə oxundu.