“Neftçi” autsayderə uduzdu
Topaz Premyer Liqasında VI tura yekun vurulub. Idman.com.az saytının məlumatına görə, bu gün 3 qarşılaşma keçirilib.

Bakıdan kənarda baş tutan oyunlarda üçhakimiyyətliliyə son qoyulub. Bu turadək vahid lider olan “Simurq” “Kəpəz”lə oyunda qazanacağı xal hesabına zirvənin yeganə sahibi ola bildi.

Çempionatın potensial lideri “Neftçi” həmişə böyükhesabla məğlub etdiyi “Sumqayıt”ı səfərdə sınağa çəkib. Əvvəlkilərdən fərqli, bu dəfə “ağ-qaralar” uduzublar. Ev komandası kimi tanınan “Qəbələ” növbəti dəfə baş məşqçisini dəyişən “Rəvan”ı qəbul edib...

Topaz Premyer Liqası. VI tur
24 sentyabr (bazar ertəsi)

“Qəbələ” – “Rəvan” - 1:3
Qol: Aleksandr Çertoqanov, 37 - Xuan Manuel Varela, 2, Kristian Torres, 64, Nuran Qurbanov, 90
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 71 (2-ci sarı)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Ramiz Əsədov, Fərid Məmmədov
Qəbələ şəhər stadionu

“Sumqayıt” – “Neftçi” - 3:2
Qol: Orxan Əliyev, 12, Pərdis Fərcad Azad, 55, Murad Ağayev, 74 - Xəyal Mustafayev, 56-öz qapısına, Nilosa Kanales, 60
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Azər Əsgərov, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Simurq” – “Kəpəz” - 2:1
Qol: Stepan Polyak, 26, Marcin Burxardt, 86 - Şahin Kərimov, 20
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu

Xəbər 826 dəfə oxundu.