“Turan Tovuz” - “Səbail” oyunu heç-heçə yekunlaşıb | |
Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda daha bir oyun keçirilib. “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan matç 2:2 hesabı ilə başa çatıb. Tovuz təmsilçisinin heyətində Runi Eva və Okebuqvu Henri fərqləniblər. Rəqib komandanın qollarını isə Franko Mazurek və Ağabala Ramazanov vurublar. Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Turan Tovuz” turnir cədvəlində 6-cı pillədəki mövqeyini qoruyub. Doqquz xalı olan “Səbail” isə 7-cidir. Günün ikinci qarşılaşmasında “Sabah” klubu “Zirə”ni qəbul edəcək. Qeyd edək ki, turun açılış oyununda “Şamaxı” evdə “Qəbələ” ilə heç-heçə edib - 1:1. Tura oktyabrın 16-da keçiriləcək “Kəpəz” – “Neftçi” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq. |
|
Xəbər 202 dəfə oxundu. |
|
|