Fransanın “Lans” komandasının baş məşqçisi Frank Heyzlə yeni müqavilə imzalanıb | |
Fransanın “Lans” komandasının baş məşqçisi Frank Heyzlə yeni müqavilə imzalanıb. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasında müddəti 2027-ci ilin yayında başa çatacaq müqavilə imzalanıb. Mütəxəssis 2020-ci ilin fevralından “Lans”a rəhbərlik edir. Fransadan olan 51 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 88 matça çıxarıb. Elita təmsilçisi bu görüşlərdə 40 qələbə qazanıb, 26 heç-heçə edib, 22 məğlubiyyətə üzülüb. “Lans” bu mövsüm Liqa 1-də 10 oyuna 21 xal toplayıb və 20 iştirakçı arasında 4-cü sırada qərarlaşıb. |
|
Xəbər 200 dəfə oxundu. |
|
|