Futbolun inkişafı məqsədilə “Playmakers” layihəsinə start verilib
UEFA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün həyata keçirilən “Playmakers” layihəsinə start verilib.

Layihənin əsas məqsədi “Disney” cizgi filmləri hekayələri vasitəsilə qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir. Bakı şəhəri və digər regionları əhatə edəcək layihə 2023-cü ilin sonunadək davam edəcək. Layihə çərçivəsində ilk tədbir 220 nömrəli məktəb-liseydə keçirilib.

Xəbər 194 dəfə oxundu.