“Qarabağ” klubu UEFA Avropa Liqasının ən yaxşıları sırasında yer alıb | |
UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib. ilk onluqda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Son 5 matçda qələbə qazanan Ağdam klubu birinci pillədə yer alıb. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. “Qarabağ” keçirdiyi son 5 qarşılaşmanın hamısında qələbə qazanıb. Qeyd edək ki, “Qarabağ” oktyabrın 13-də Bakıda Yunanıstan “Olimpiakos” klubunu qəbul edəcək. |
|
Xəbər 77 dəfə oxundu. |
|
|