“Partizan”dan növbəti qələbə
Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Neftçi”nin səfərdə bərabərə (0:0) qaldığı “Partizan” Serbiya birinciliyində növbəti oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, Belqrad klubu evdə “Sloboda Point”lə qarşılaşıb. “Partizan” rəqibinə heç bir şans verməyib.

Serbiya çempionu qonaqların qapısından 5 cavabsız top keçirib. Marko Sçepoviçin dubl etdiyi qarşılaşmada Markoviç, Ninkoviç və İvanov hərəyə 1 dəfə fərqləniblər.
Qeyd edək ki, 6 turdan sonra cəmi 1 məğlubiyyəti olan “Partizan” 15 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər 1211 dəfə oxundu.