“Syena” “Neftçi”nin rəqibini üstələdi
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Tofiq Bəhramov”da “Neftçi”nin qəbul edəcəyi “İnter” İtaliya çempionatında növbəti oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, Milan klubu evdə “Syena”nı qəbul edib. Qarşılaşma gözlənilmədən qonaqların qələbəsi ilə başa çatıb.

“Ağ-qaralar”ın rəqibinin qapısından qolları 73-cü dəqiqədə Vergassola, 90-cı dəqiqədə isə Valiani keçiriblər. “İnter” 4 turdan sonra 6 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, “Neftçi” - ”İnter” oyunun oktyabr ayının 4-də keçiriləcək.

Xəbər 865 dəfə oxundu.