Yunis Hüseynova köməkçi oldu
"Xəzər Lənləran"ın məşqçilər korpusunda dəyişiklik baş verib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, lənkəranlılar keçmiş futbolçusu, kapitanı Emin Quliyevi sıralarına qaytarıb. Məşqçilikdə ilk addımlarını atan 35 yaşlı keçmiş müdafiəçi ilə 2 illik müqavilə imzalanılıb. O, vaxtilə rəhbərliyi altında oynadığı baş məşqçi Yunis Hüseynovun bu dəfə köməkçisi olacaq.

Quliyev "Xəzər Lənkəran"da 2005-2009-cu illərdə çıxış edib. O, cənub klubunun heyətində 2006/2007 mövsümdə “qızıl dubl” edib, 2008-ci ildə “Birlik kuboku”nun cə Azərbaycan kubokunun qalibi olub.

Emin futbolçu karyerasında "Xəzər Lənkəran"dan başqa "Kəpəz", "Liteks" (Bolqarıstan), "Çerno more" (Bolqarıstan), "Neftçi", Alaniya (Rusiya), "Karvan", "Simurq" və "Turan" klublarının şərəfini qoruyub. O, 2000-ci ildən başlayaraq millimizdə çıxış edib.

Xəbər 1008 dəfə oxundu.