Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnirdə finalçılar müəyyənləşib | |
"Sərhədçi" İdman Olimpiya Mərkəzində 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirdə yarımfinal oyunları keçirilib. ilk qarşılaşma "NTD BK" - "AAAF Xırdalan BK" komandaları arasında keçirilib. Xırdalan basketbolçuları rəqibinə 80-65 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar. İkinci görüşdə isə "Gəncə BK" komandası "Zirvə Astara BK" basketbolçularına 114-76 hesabı ilə qalib gələrək turnirin ikinci finalçısı olub. Qeyd edək ki, oktyabrın 6-da turnirin final və 3-cü yer uğrunda oyunları keçiriləcək. Finalda "Gəncə BK" - "AAAF Xırdalan", 3-cü yer uğrunda görüşdə isə "NTD BK" - "Zirvə Astara BK" komandaları üz-üzə gələcəklər. |
|
Xəbər 231 dəfə oxundu. |
|
|