Azərbaycan Prezidenti İlham Əliyev dünya çempionatının açılışında iştirak etdi
Bu gün Bakıda start götürən 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin rəsmi açılış mərasimi keçirildi. İdman.com.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan təntənəli mərasimini Azərbaycan Prezidenti İlham Əliyev, onun xanımı Mehriban Əliyeva, FİFA prezidenti Yozef Blatter, AFFA prezidenti Rövnəq Abdullayev fəxri tribunadan izləyidlər.

Respublika stadionuna gələn azarkeşlər saat 19:35-də başlayan açılışda ilk olaraq Kanadadan gələn sirk ustalarının maraqlı çıxışına baxdılar. Onlara azərbaycanlı könüllülər yardımçı oldular. Ardından dünya şöhrətli amerikalı Cennifer Lopes çıxış etdi. Bu hadisə də tamaşaçılar tərəfindən çox marağa və alqışlarla nəticələndi.

Açılışdan sonra Azərbaycan və Kolumbiya yığmaları meydana çıxdılar. Bu zaman Azərbaycan və FİFA prezidentləri, Azərbaycan və Kolumbiya ali futbol qurumlarının başçıları meydana daxil olaraq, oyun iştirakçılarını bir-bir salamladılar. Ardından hər 2 ölkənin himnləri səsləndirildi və oyuna start verildi.


Xəbər 863 dəfə oxundu.