11:0 hesabına şərh
“Əlbəttə ki. 11:0 hesablı qələbədən məmnunam. Amma əsas oyunlarımız hələ qabaqdadır”. İdman.com.az saytının məlumatına görə, bu sözü 17 yaşadək qızlardan ibarət KXDR milli komandasının baş məşqçisi Xvanq Yonq Bonq deyib.

Asiyalı mütəxəssis Azərbaycanda keçirilən dünya çempionatının Qambiya ilə oyunundakı 11:0 hesablı qələbəyə şərh verib:

“Qarşıdakı oyunlarda da belə oynamaq niyyətindəyik. İlk oyun ona görə vacib idi ki, futbolçularımız oyun praktikası qazansınlar. Nəticəyə baxmayaraq Qambiya yığması heç də çempionatın ən zəif komandası deyil. Onların heyətində bəzi yaxşı oyunçular da var”.

Xəbər 952 dəfə oxundu.