2-ci gündə 4 medal
Ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə FILA-nın “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. İdman.com.az saytının xəbərinə görə, bu gün qadın pəhləvanlar mübarizəyə qoşulublar. Millimiz ümumilikdə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Bizdən 1-ci yeri Nadya Sementsova (67 kq) tutub. Anjela Doroqan (51 kq) yalnız final görüşündə uduzub. 48 kq çəkidə Şəfəq Muradzadə və 59 kq çəkidə mübarizə aparan İrina Netreba bürünc medal əldə ediblər.

Xəbər 875 dəfə oxundu.