Basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq | |
Oktyabr ayının ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışın oyunları “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq. ABL-də “AAAF Xırdalan”, “Gəncə”, NTD, “Neftçi”, “Olimpik Şəki”, “Sərhədçi”, “Sabah” və “Zirvə Astara” güclərini sınayacaqlar. Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcəklər. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanan komanda qalib sayılacaq. Qeyd edək ki, oktyabrın 1-də əsas çempionata hazırlıq məqsədi ilə mini turnir keçiriləcək. Oyunlar “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq. |
|
Xəbər 313 dəfə oxundu. |
|
|