«Mançester Siti» akademiya yaratmaq istəyir
«Mançester Siti» gənc futbolçular hazırlamaq üçün dünyada ən yaxşı məşq bazası yaratmaq istəyir. İdman.com.az saytının məlumatına görə, kompleksin tərkibində 400 tələbəlik futbol məktəbindən savayı, 7 min yerlik stadion, idmançılar üçün yaşayış yeri, ofis, mətbuat mərkəzi və 18 məşq meydançası da nəzərdə tutulur.

Klubun əsas komandası bu akademiyada soyunub-geyinmə otağı, trenajor zalı, yeməkxana, tibbi və bərpa kabinetləri, fitnes mərkəzi, qapalı kortlar olan ayrıca bina alacaq.

Tikini üçün «Etihad» stadionunun qarşısında 32 hektar yer ayrılıb. Klubun arenasını yeni akademiya ilə piyada körpüsü birləşdirəcək. Ərazinin mərkəzindəki stadionda klubun ehtiyat, yeniyetmələr və qadınlar komandaları məşq edəcəklər. Akademiyanın inşanı 2014-2016-cı illərdə başlanmalıdı.

Xəbər 2184 dəfə oxundu.