İlk gündə 9 medal
Sentyabrın 21-dən Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi start götürüb. İdman.com.az saytının məlumatına görə, yarışın ilk günündə sərbəst güləşçilər mübarizə aparıb. pəhləvanlarımız ümumilikdə 9 medal qazanıb.

Qızıl medalı yığmamıza 60 kq çəki dərəcəsində Hacı Əliyev qazandırıb. O finalda komanda yoldaşı Ağahüseyn Mustafayevi məğlub edib. Digər gümüş medalları 55 kq çəki dərəcəsində Namiq Sevdimzadə və 66 kq çəkidə Emin Əzizov əldə edib. Azər Paşayev (55 kq), Coşqun Əzimov (60 kq), Hacımurad Ömərov (66 kq), Aleksandr Qostiyev (74 kq) və Əli İsayev (120 kq) müvafiq olaraq bürünc medallara yiyələnib.

Beləliklə, Azərbaycan idmançıları sərbəst güləşçilərin yarışında 1 qızıl, 3 gümüş və 5 bürünc medal olmaqla, ümumilikdə 9 medal qazanıb.

Xəbər 931 dəfə oxundu.