“Shusha Chess 2022” turnirində rapid yarışlarında altıncı tura start verilib | |
“Shusha Chess 2022” turnirində rapid yarışlarında altıncı tura start verilib. Turun ilk gedişini Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov edib. Sonra yarışın baş hakimi, AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov Aydın Kərimova xatirə hədiyyəsini təqdim edib. Bu gün rapid yarışında daha dörd tur oynanılacaq. Sabah şahmatçılar blitsdə yarışacaq. Qalib hər iki yarışda qazanılan xalların cəminə əsasən müəyyənləşəcək. |
|
Xəbər 328 dəfə oxundu. |
|
|