Ümummilli liderin xatirəsinə güləş üzrə “Qızıl qran-pri” turnirinin açılışı keçirilib
Bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə güləş üzrə FİLA-nın “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayıb. Ümummilli liderin adını daşıyan İdman-Konsert Kompleksində təşkil edliən yarışda dünyanın 27 ölkəsindən 320-dək idmançı iştirak edir.

İdman.com.az saytının məlumatına görə, sentyabrın 21-də tədbirin açılış mərasimin də keçirilib. Çıxış edən
ənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib ki, son illər dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda idman sürətlə inkişaf edir. Bu gün ölkəmizdə bir çox idman növləri inkişaf etdirilir və bu sırada güləş xüsusi yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında 7 medal qazanıblar. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

Sonra FİLA baş katibi Mişel Dusson çıxış edərək artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, olimpiya oyunlarında güləşçilərimizin qazandığı 2 qızıl, 2 gümüş və 3 bürünc medalın əhəmiyyətini qeyd edib. FİLA baş katibi turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkürünü bildirib.

AGF-in I vitse-prezidenti Namiq Əliyev bu mötəbər turnirin təşkilini ölkəmizə etibar etdiyinə görə FİLA rəhbərliyinə öz minnətdarlığını bildirib. N.Əliyev deyib: “2012-ci il ölkə Prezidenti tərəfindən Azərbaycanda “İdman ili” elan edilmişdir və bu da təbii ki, idmanın inkişafına yeni bir təkan veribdir. Bunun nəticəsidir ki, bir neçə gün öncə Londonda başa çatan XXX Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçiləri uğurla çıxış edərək Vətənimizə 7 medalla dönmüşlər. Eyni zamanda güləşçilərimiz ölkəmizdə keçirilən yeniyetmələrin dünya çempionatında 19 medal, Tailandda keçirilmiş gənclərin dünya çempionatında 7 medal qazanıblar ki, bu da Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xətt üzrə inkişaf etdiyinin daha bir göstəricisidir”.

London olimpiadasından sonra keçirilən bu yarışın güləşçilər üçün güclərini sınamaq, təcrübələrini artırmaq baxımından da mühüm əhəmiyyətə malik olduğunu bildirən AGF-nin I vitse-prezidenti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsini açıq elan edib.

Xəbər 1109 dəfə oxundu.