“Shusha Chess-2022”: İkinci turda ilk gedişləri Azərbaycan və Türkiyə Şahmat federasiyalarının prezidentləri ediblər | |
Şuşada ilk beynəlxalq şahmat turnirində ikinci yarış günü davam edir. ikinci turda kişilərin yarışında ilk gedişi Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbəri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, qadınların mübarizəsində isə Türkiyə Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Gülkız Tulay ediblər. İlk gedişdən sonra AŞF adından G.Tulaya xatirə hədiyyəsi təqdim olunub. Bu gün rapid yarışında 4 tur oynanılacaq. “Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir. Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir. |
|
Xəbər 219 dəfə oxundu. |
|
|