Avropa çempionatında uğurla çıxış edən gənc cüdoçularımız Vətənə qayıdıblar
Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri sentyabrın 20-də Vətənə qayıdıblar.

idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və onların doğmaları qarşılayıblar.

Xatırladaq ki, gənc cüdoçularımız Avropa çempionatının fərdi yarışlarında yarışları 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. Komanda yarışlarında isə çempionatın bürünc medalını qazanıblar.

Xəbər 222 dəfə oxundu.