Azərbaycanın U-21 komandasının Qırğızıstan yığması ilə yoldaşlıq oyunu ləğv olunub | |
Bu gündən sentyabrın 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik olub. Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan Azərbaycan – Qırğızıstan yoldaşlıq oyunu baş tutmayacaq. Buna səbəb Qırğızıstan millisinin Azərbaycana səfər edə bilməməsidir. U-21 sentyabrın 27-də Bakı Olimpiya Stadionunda Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. |
|
Xəbər 279 dəfə oxundu. |
|
|