Rövnəq Abdullayev Azərbaycan millisinin şanslarını dəyərləndirib
AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakıda keçiriləcək 17 yaşadək qadınlar arasından dünya çempionatında Azərbaycan millisinin şanslarını dəyərləndirib. Qurum rəhbəri yığmamızın qarşısına məqsəd qoyulduğunu açıqlayıb: “Millimiz gənc və cavan komandadır. Onların qarşısına məqsədlər qoymuşuq. İnanıram ki, futbolçularımız özlərini dünya çempionatında yaxşı tərəfdən göstərə biləcəklər”.

Qeyd edək ki, millimiz A qrupunda Kolumbiya, Kanada və Nigeriya milliləri ilə mübarizə aparacaq.

Xəbər 1051 dəfə oxundu.