Kişi basketbolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib | |
Kişi basketbolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib. ilk yarımfinal oyununda Fransa yığması Polşa millisini 95:54 hesabı ilə məğlub edib. Digər oyunda isə İspaniya seçməsi Almaniya millisinə 96:91 hesabı ilə qalib gəlib. Sentyabrın 18-də Berlində keçiriləcək final oyununda Fransa - İspaniya, üçüncü yer uğrunda görüşdə isə Polşa – Almaniya qarşılaşmaları keçiriləcək. Qeyd edək ki, çempionata Almaniya, Gürcüstan, Çexiya və İtaliya birlikdə ev sahibliyi edir. |
|
Xəbər 248 dəfə oxundu. |
|
|